Zelenski: Ukraynanın Qara dənizdəki səylərini dəstəkləyən qətnamə qəbul edilib

Zelenski: Ukraynanın Qara dənizdəki səylərini dəstəkləyən qətnamə qəbul edilib
# 05 dekabr 2023 01:31 (UTC +04:00)

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Assambleyası Ukraynanın Qara dənizdəki səylərini dəstəkləyən qətnamə qəbul edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.

“Bu gün Ukrayna üçün və beynəlxalq səviyyədə mühüm nəticədir. Xüsusilə, keçən həftə Rusiyanı idarəetmə orqanlarından çıxaran Beynəlxalq Dəniz Təşkilatında”, - deyə o qeyd edib.

Prezident aydınlaşdırıb ki, IMO Assambleyasının qəbul etdiyi qətnamə Ukrayna tərəfinin gəmiçiliyin bərpasında uğurundan, eləcə də kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni marşrutun işindən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR