Zelenskinin ofisinin rəhbəri Ali Radada “vacib qanunlar” qəbul ediləcəyini açıqlayıb

Zelenskinin ofisinin rəhbəri Ali Radada “vacib qanunlar” qəbul ediləcəyini açıqlayıb
# 07 dekabr 2023 04:06 (UTC +04:00)

Ukrayna Prezidentinin aparatının rəhbəri Andrey Yermak Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığında bildirib ki, Ukrayna Ali Radası bir sıra “vacib qanunlar” qəbul etməyə hazırlaşır.

APA-nın MTI agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mate Patzolay deyib.

Onun sözlərinə görə, telefon danışığı Vaşinqtonda səfərdə olan Yermakın təşəbbüsü ilə baş tutub.

“Andrey Yermak Peter Siyartoya Ukrayna parlamentinin bir neçə mühüm qanun qəbul etməyə hazırlaşdığını bildirib. Tərəflər razılaşıblar ki, Macarıstan və Ukrayna arasında münasibətləri yaxşılaşdırmaq lazımdır və bunun üçün ən yaxşı vasitə birbaşa şəxsi dialoqdur”, - Patzolay bildirib.

O qeyd edib ki, tərəflərin şəxsən görüşməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR