Zurabişvili Konstitusiya Məhkəməsində keçirilən dinləmədə iştirak etməyib - YENİLƏNİB

Zurabişvili Konstitusiya Məhkəməsində keçirilən dinləmədə iştirak etməyib  - YENİLƏNİB
# 03 oktyabr 2023 13:34 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsində keçirilən dinləmədə iştirak etməyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident məhkəməyə özünün iki nümayəndəsini – hüquqşünaslar Tamar Çuqoşvili və Maya Kopaleişvilini göndərib. Dövlət başçısı sosial media paylaşımında öz təmsilçilərinə tam etimad göstərdiyini bəyan edib.

Lakin məhkəmənin sədri Merab Turava Prezidentin hərəkət edə bildiyini və məhkəməyə özü gəlməli olduğunu bildirib.

Qeyd edib ki, Prezidentə daha əvvəl iclasın təqdimat müəlliflərinin və Prezidentin iştirakı ilə keçiriləcəyi, Prezidentin iştirakının qərar qəbuluna yardım edəcəyi ilə bağlı məlumat göndərilib. Prezidentin nümayəndələri isə bildiriblər ki, Salome Zurabişvilinin dinləmədə iştirak etməməsi hörmətsizlik kimi qəbul edilməməlidir.

“Bizə Prezidentin adından danışmağa tam səlahiyyət verilib, ona görə də biz bunu Prezidentin məhkəməyə hörmətsizliyi kimi qəbul etməməliyik”, - Maya Kopelaişvili deyib.

Bununla belə, iclasda hakim “Gürcü Arzusu” partiyasın sədri İrakli Kobaxidze iştirak edir. O, Prezidentin son iki ildə 38 dəfə xarici əlaqələrdə iştirakla bağlı icazə üçün hökumətə müraciət etdiyini deyib. Əlavə edib ki, Prezidentin ötən il Almaniya, Fransa və Brüsselə səfərlərinə icazə verilib, lakin bu səfərləri uğursuz olub, ölkəyə namizəd statusu verilməyib.

***

11:01

Bu gün Gürcüstanın Konstitusiya Məhkəməsində Prezident Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar şifahi dinləmə keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, iclasda hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə təqdimatının müəlliflərinin, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilinin iştirak edəcəyi gözlənilir.

Hakim partiyanın sədri İrakli Kobaxidzenin də sessiyada iştirak edəcəyi bildirilib.

Konstitusiya Məhkəməsi işə müsbət rəy verəcəyi təqdirdə iş səsvermə üçün Parlamentə göndəriləcək. Hakim partiyanın Prezidentin impiçmenti prosedurunu tamamlaması üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda 84 deputatla təmsil olunur. Müxalifət proseduru dəstəkləməyəcəyini bəyan edib.

Qeyd edək ki, Salome Zurabişvili ölkənin beynəlxalq münasibətlərində hökumətdən icazə almadan iştirak etməklə konstitusiyanı pozmaqda ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR