Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsal 22% artıb

Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsal 22% artıb
# 16 mart 2020 12:57 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 21,7% artıb.

"Sənaye məhsulunun 68,4% mədənçıxarma sektorunda, 26% emal sektorunda, 5% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub", - məlumatda qeyd edilib.

Məlumata əsasən, hesabat dövrü mədənçıxarma sektorunda neft hasilatı 3,7% azalıb, əmtəəlik qaz hasilatı isə 19,1% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8%, geyim istehsalı 79,6%, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3%, poliqrafiya məhsullarının istehsalı 40,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6%, kağız və karton istehsalı 27,5%, elektrik avadanlıqlarının istehsalı 27,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 25%, kimya sənayesi məhsullarının istehsalı 19,5%, tütün məmulatlarının istehsalı 16,3%, neft məhsullarının istehsalı 11,3%, əczaçılıq məhsullarının istehsalı 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6%, qida məhsullarının istehsalı 1,2% artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7%, maşın və avadanlıqların istehsalı 19,1%, tikinti materiallarının istehsalı 21,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3% azalıb.

Hesabat dövrü elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR