Avstraliya və İndoneziya müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
APA xəbər verir ki, bu barədə Avstraliya hökumətinin başçısı Entoni Albanese İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşündən sonra məlumat verib.
“Bu tarixi müqavilə müdafiə sahəsində sıx əməkdaşlığımızı gücləndirəcək və dialoqun dərinləşməsinə, iki ölkə ordularının qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına xidmət edəcək”, - Albanese vurğulayıb.