Avstraliya və Yeni Zelandiya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edəcək

Avstraliya və Yeni Zelandiya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edəcək
# 21 may 2024 11:37 (UTC +04:00)

Avstraliya və Yeni Zelandiya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edəcək.

APA "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Avstraliya hökuməti tərəfindən icarəyə götürülmüş iki reys avstraliyalıları və digər turistləri regiondan təxliyə edəcək.

Yeni Zelandiya hökuməti də bu gün öz vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərəcəyini bildirib.

Paytaxt Numeadakı "La Tontouta" beynəlxalq hava limanı isə ən azı cümə axşamına qədər kommersiya uçuşları üçün bağlı qalacaq.

Xatırladaq ki, ötən həftə Fransa Milli Assambleyasının Sakit okean adasında səsvermə qaydalarına dəyişiklikləri təsdiqləməsindən sonra burada iğtişaşlar başlayıb.
Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatdır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlarada ikisi polis və jandarma əməkdaşı olmaqla 6 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR