Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb

Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb
# 18 may 2024 03:15 (UTC +04:00)

Yeni Zelandiyanın Kermadek arxipelaqında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Episentr təxminən 1300 əhalisiolan Hicks Bay şəhərindən 954 km şimalda olub.

Zəlzələ ocağının dərinliyi 203 km olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR