Mahmud Kərimov: “AMEA-da seçkilərdən sonra ixtisarların aparılması istisna edilmir”

Mahmud Kərimov: “AMEA-da seçkilərdən sonra ixtisarların aparılması istisna edilmir”
# 18 aprel 2007 16:12 (UTC +04:00)
“Quba və Neftçalada aşkar olunan və 1918-ci ilə aid olduğu ehtimal edilən insan qalıqları tədqiq olunmalıdır. Burada tarixçilərlə yanaşı, tibbi ekspertlər də analizlər aparmalı, arxivlərdə müəyyən işlər görülməlidir. Demək olar ki, məsələ ilə bağlı Dövlət Komissiyası yaradılıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, hazırda araşdırma işlər davam etdirilir. AMEA prezidenti faktla bağlı beynəlxalq ekspertlərin də ölkəyə dəvət olunmasın mümkün olduğunu deyib: “Bütün tədqiqatları özümüz aparmalıyıq. Hələlik heç bir dəqiq nəticə yoxdur. Ola bilər ki, aşkar olunan insan qalıqları kütləvi epidemiya halı ilə bağlı olsun”.
M. Kərimov həmçinin AMEA daxilində görüləcək işlərə də toxunub. Onun sözlərinə görə, yaxın gələcəkdə rəhbərlik etdiyi qurumda ixtisarların aparılması mümkündür: “Akademiyada ştatların sayının optimallaşdırılması istiqamətində işlər aparılmalıdır. Biz bu işlərə akademiyanın ümumi yığıncağından, yəni seçkilərdən sonra başlayacağıq”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR