Azərbaycan Ceyhanda neft emalı zavodunun inşası ilə bağlı ilkin sənədləri Türkiyə tərəfinə təqdim edib

Azərbaycan Ceyhanda neft emalı zavodunun inşası ilə bağlı ilkin sənədləri Türkiyə tərəfinə təqdim edib
# 18 aprel 2007 16:15 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.
R.Abdullayevin sözlərinə görə, artıq bunun üçün Türkiyənin Enerji Nəzarət Qurumu ilə danışıqlar aparılıb. Zavodun tikintisi üçün Türkiyənin aidiyyatlı qurumlarından lisenziyanın alınması üçün təxminən 6-8 ay vaxt lazımdır və bundan sonra tikinti işlərinə başlana bilər.
Qeyd edək ki, ARDNŞ yaxın illərdə birgə layihələr çərçivəsində sahib olacağı mənfəət neftinin müəyyən hissəsini 10 mln. tondan çoxunu Ceyhanda emal edərək, Türkiyə və Avropa bazarlarına çıxarmağı nəzərdə tutur.
R.Abdullayev həmçinin Türkiyənin ən böyük kimya şirkəti olan “Petkim”in özəlləşdirilməsi üzrə müsabiqədə ARDNŞ-in iştirak edəcəyini də deyib. R.Abdullayevin sözlərinə görə, bu tenderdə qalib gəlmək üçün Dövlət Neft Şirkəti bütün səylərini göstərəcək. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR