Avtomobil yollarında sürətin 1 km artırılması ölkənin gəlirləri 5 mln. dollar artırır

Avtomobil yollarında sürətin 1 km artırılması ölkənin gəlirləri 5 mln. dollar artırır
# 18 aprel 2007 16:23 (UTC +04:00)
Azərbaycan Bakıdan İranla dövlət sərhəddinə qədər (Bakı-Astara) avtomobil magistralının yenidən qurulmasına layihəsinə böyük əhəmiyyət verir. Bu yol Azərbaycanın Fars körfəzinə çıxışını, eləcə də bu istiqamətdən gələn yüklərin Gürcüstana və şimala ötürülməsini təmin edəcək.
APA-Economics”in məlumatına görə, bunu aprelin 18-də Ələt-Astara yolunun yenidən qurulması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
C.Qurbanovun sözlərinə görə, yolun keçdiyi rayonlarda layihənin üzərinə düşən kommunikasiya vasitələri və obyektlər siyahıya alınıb. Qanuni obyektlərlə bağlı qiymətləndirmələr aparılır və onlara kompensasiya ödəniləcək. C.Qurbanov vaxtı ilə yolun keçəcəyi ərazidə qanunsuz inşa edilmiş tikililərə də müəyyən dərəcədə kompensasiya ödəniləcəyini vurğulayıb.
C.Qurbanov bildirib ki, yollarda sürətin 1 km artırılması ölkənin gündəlik gəlirinin təxminən 5 mln. manatadək artırılması deməkdir. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR