Azərbaycan Amerika Hüquqşünaslar Asossiyasiyasının Vaşinqtonda keçirilən yaz görüşündə iştirak edir

Vaşinqtonda Amerika Hüquqşünaslar Asossiyasiyasının 55-ci yaz görüşü keçirilir. Aprelin 20-dək davam edəcək tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidmətinin rəisi Samir Dadaşov və Xidmətin analitik-informasiya sektorunun müdiri Elşad Məmmədov təmsil edəcəklər.
İİN-dən “APA-Economics”ə verilən məlumata görə, yaz görüşündə antiinhisar sahəsinin bütün seqmentlərinin icraedici orqanların rəsmiləri, hüquqşünaslar, elmi dairələr, iqtisadçılar və iş adamları iştirak edirlər. Tədbirdə ABŞ Federal Ticarət Komissiyasının Büro və Komissiya üzvləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Ədliyyə Departamentinin və Avropa Komissiyasının nümayəndələri iştirak edir. /APA-Economics/