Dubayda “Risklərin idarə olunması” mövzusunda beynəlxalq seminar keçirilib
18 aprel 2007 16:31 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sığorta və təkrar sığorta sahəsində dünyanın ən iri broker şirkətlərindən olan “Marsh” şirkətinin təşkilatçılığı ilə “Risklərin idarə olunması” adlı seminar keçirilib. Milli neft şirkətləri üçün nəzərdə tutulmuş seminara dünyanın müxtəlif ölkələrindən 200-dək nümayəndə qatılıb. Tədbirdə Azərbaycanı Dövlət Neft Şirkətinin sərmayələr idarəsinin rəis müavini İlqar Tağıyev və idarənin sığorta və risklərin idarə edilməsi şöbəsinin rəisi Hüseyn Kazımov təmsil ediblər.
ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, seminarda milli neft şirkətlərində risklərin idarə olunması işinin təşkili məsələsi müzakirə edilib, “Statoil”, “Petrobras”, “Saudi Aramso” kimi şirkətlərin bu sahədə qazandıqları təcrübə barədə məruzələr dinlənilib. Seminar iştirakçılarına sığorta və risklərin idarə edilməsi sahəsində əldə edilmiş yeniliklər barədə məlumat verilib, milli neft şirkətlərində sığorta işinin səmərəli qurulması istiqamətində tövsiyyələr verilib.
Qeyd edək ki, seminarın ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulub. /APA-Economics/