Bakıda “Neft Gəlirlərinin Xərclənməsi: Rəqabət Siyasəti yoxsa Sənaye Siyasəti?” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Neft Gəlirlərinin Xərclənməsi: Rəqabət Siyasəti yoxsa Sənaye Siyasəti?” mövzusunda dəyirmi masa keçirilib
# 18 aprel 2007 16:57 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində yerləşən Dünya Bankının Məlumat Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Avrasiya Fondu və Sahibkarlığa Dəstək Fondu neft gəlirlərinin şəffaf və səmərəli istifadəsinə dair “Neft gəlirlərinin xərclənməsi: rəqabət siyasəti, yoxsa sənaye siyasəti?” mövzusunda dəyirmi masa keçirib.
APA-Economics”in verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimov və Sahibkarlığa Dəstək Fondunun direktoru Sabit Bağırov və Azərbaycan Texniki Universitetinin iqtisad kafedrasının müdiri Raqib Quliyev iştirak ediblər.
Məruzə ilə çıxış edən R.Quliyev Azərbaycanda rəqabət siyasəti və beynəlxalq təcrübədən danışıb. Rəqabət haqqında qanunun milli çərçivədə qaldığını və onun qloballaşma prosesində qeyri-aktivliyini söyləyən R.Quliyev bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrin təcrübələrinin istifadəsini vaxib sayır. O, zəif rəqabət siyasətinin əlamətlərini təşkilati qeyri-müəyyənlikdən, maliyyə iqtisadi məsrəflərdən, sosial təsirlərdən və siyasi təhlükələrdən yarandığını bildirib. Millət vəkili Ə.Məsimov isə hazırda Azərbaycanda rəqabət sahəsi üzrə qanunvericilik bazasının güclənirdilməsi istiqamətində işlərin aparıldığını bildirib və bunun ciddi bir məsələ olduğunu qeyd edib. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR