Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Avropa çempionatında 10-cu yeri tutub

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Avropa çempionatında 10-cu yeri tutub
# 19 aprel 2007 07:24 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranları Fransanın Strasburq şəhərində təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, 62 çəki dərəcəsində keçirilən yarışda ölkəmizin iki atleti - Sərdar Həsənovla Zülfüqar Süleymanov podiuma çıxıblar. S.Həsənov birdən qaldırmada 126 kq, təkanla qaldırmada 147 kq ağırlığı başı üzərinə qaldırıb. Yekun nəticədə 22 yaşlı idmançımız 10-cu yeri tutub. Z.Süleymanov isə daha zəif çıxış edib. O, 272 kq (121 kq + 151 kq) qaldırmaqla, 24 atletin qüvvəsini sınadığı yarışda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Avropa çempionu adına 289 kq nəticə göstərən rusiyalı Sergey Petrosyan layiq görülüb. Liderdən 1 kq az qaldıran Gennadi Makveyena (Belarus) gümüş medal qazanıb. Türkiyəli Erol Bilgin (286 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyində 8 atletlə təmsil olunur. Bu gün milli komandamızın daha iki üzvü Əfqan Bayramovla Asif Məmmədov (hər ikisi 69 kq) podiuma çıxacaqlar. Avropa çempionatına aprelin 22-də yekun vurulacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR