Vəkillər Kollegiyasına şifahi imtahanlar mayın 4-də başlayacaq

Vəkillər Kollegiyasına şifahi imtahanlar mayın 4-də başlayacaq
# 19 aprel 2007 08:26 (UTC +04:00)
Vəkillər Kollegiyasına üzvlüklə bağlı şifahi imtahanlar mayın 4-də başlayacaq. Bu barədə APA-ya Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 4-də Naxçıvan Muxtar Respublikasında şifahi müsahibə keçiriləcək. Mayın 8-də isə Bakıda şifahi müsahibələrin keçirilməsinə başlanacaq. F. Nəcəfov bildirib ki, bu proses təxminən iyunun 12-nə qədər davam edəcək.
Xatırladaq ki, Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün martın 4-də test imtahanları keçirilib. İmtahana qatılan 441 nəfərdən 299-u ikinci mərhələyə - şifahi müsahibəyə buraxılıb. Onlardan 9-u Naxçıvan Muxtar Respublikasından vəkillik imtahanına qatılanlardır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR