Hacıqabul rayonu işıqsız qalıb
30 iyun 2007 08:25 (UTC +04:00)
Belə ki, “Azərenerji” Səhmdar Cəmiyyəti ilə Nəqliyyat Nazirliyi arasında yaranmış münaqişə nəticəsində Dövlət Dəmir Yolu İdarəsinə (DDYİ) məxsus dartı yarımstansiyalarından qidalanan qeyri-dəmir yolu istehlakçıları, o cümlədən əhali qrupuna iyunun 29-da saat 17:00-dan elektrik enerjisi verilməsi dayandırılıb. Bunun nəticəsində respublikanın magistral dəmir yolu ətrafında yerləşən, əsasən də DDYİ-yə malik Dartı yarımstansiyalarından qidalanan bir neçə rayona o, cümlədən Hacıqabul rayonunun 85%-nə elektrik enerjisinin verilməsi dayandırılıb. Analoji hal İmişli və Ucarda da baş verib. Yaranmış münaqişəyə səbəb “Azərenerji” ASC-nin DDYİ-dən elektrik enerjisinə görə olan borcunu ödəmək tələbi olub. Nəqliyyat Nazirliyindən isə bildiriblər ki, “Azərenerji” artıq bu rayonlarda yeni yarımstansiyalar tikməli olduğundan, onların dartı yarımstansiyalarına qoşulan rayonların elektrik enerjisini münaqişə öz həllini tapana qədər ayırıb. /APA/