Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əcnəbi jurnalistlərin Qəbələ RLS-ə səfəri başlayıb
30 iyun 2007 08:46 (UTC +04:00)
APA-nın jurnalist heyətinin tərkibində olan xüsusi müxbirinin məlumatına görə, Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi, general-mayor Aleksandr Yakuşin jurnalistlərə Rusiyanın 2002-ci ildə bağlanmış müqaviləyə uyğun olaraq Qəbələ RLS-i Azərbaycandan icarəyə götürdüyünü deyib. RLS-in sahəsinin 2600 hektardan çox olduğunu diqqətə çatdıran general bu ərazidə hospital, uşaq bağçası və orta məktəbin fəaliyyət göstərdiyini söyləyib: “Müqaviləyə uyğun olaraq xidməti personalın sayı 1500 nəfərdən çox ola bilməz. Hazırda burada 1000 nəfərə yaxın hərbçi çalışır. Onların hamısı Rusiya vətəndaşlarıdır. Burada çalışan azərbaycanlı hərbçilər də Rusiya vətəndaşlarıdır. RLS-də Rusiya vətəndaşı olan ermənilərin çalışması barədə məlumat isə doğru deyil”. /APA/