Bəstəkar Hacı Xanməmmədovun xatirə gecəsi keçirilib

Bəstəkar Hacı Xanməmmədovun xatirə gecəsi keçirilib
# 30 iyun 2007 08:48 (UTC +04:00)
İyunun 29-da Muğam Teatrında xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bəstəkarlar Ramiz Zöhrabov, Azər Rzayev, Musa Mirzəyev, tarzən Ramiz Quliyev, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov və başqaları Hacı Xanməmmədovun həyat və yaradıcılığından söz açıblar. Gecədə İlhamə Quliyeva, Aygün Bayramova, Mələkxanım Əyyubova və Nazpəri Dostəliyeva bəstəkarın musiqilərini ifa ediblər. Teatrın direktoru Arif Qazıyevin sözlərinə görə, bu tədbirlə teatr mövsümü bağlanıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR