Bakıda Pekin Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatının püşkü atılıb

Bakıda Pekin Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatının püşkü atılıb
# 30 iyun 2007 08:53 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə növbəti dünya çempionatının püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, sentyabrın 16-dan 24-dək Yunanıstanın Patras şəhərində keçiriləcək bu nüfuzlu yarışda 52 ölkə iştirakını təsdiqləyib. Püşkün nəticəsinə əsasən, Azərbaycan gimnastları dünya çempionatında 35-ci nömrə altında çıxış edəcəklər. Yarışın fərdi birinciliyində ilk 20 pillədə yer alan idmançılar Pekin Olimpiadasına vəsiqə qazanacaq. Qrup hərəkətlərində isə olimpiadaya qatılmaq üçün ilk 10 sırada yer almaq tələb olunur. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR