ABŞ hərbçilərinin Bağdadda keçirdikləri əməliyyat nəticəsində İranla əlaqələrinin olduğu iddia edilən 26 nəfər öldürülüb

ABŞ hərbçilərinin Bağdadda keçirdikləri əməliyyat nəticəsində İranla əlaqələrinin olduğu iddia edilən 26 nəfər öldürülüb
# 30 iyun 2007 09:59 (UTC +04:00)
ABŞ hərbçilərinin İraqın paytaxtı Bağdadda keçirdikləri əməliyyat nəticəsində İranla əlaqələrinin olduğu iddia edilən 26 nəfər öldürülüb. APA-nın məlumatına görə, əməliyyat şiələrin kompakt yaşadığı Sədr bölgəsində keçirilib. ABŞ ordusunun yaydığı məlumatda öldürülənlərin “İran terror şəbəkəsi”nin üzvləri olduğu göstərilib. Amerikan hərbçilərinin bildirdiyinə görə, bu şəxslər İraqa xaricdə öldürücü silahlar gətirən dəstənin üzvləridir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR