Boks üzrə dünya çempionatının əsasnaməsində dəyişiklik edilib
19 oktyabr 2007 15:18 (UTC +04:00)
Beynəlxalq Həvəskar Boks Assosiasiyası oktyabrın 23-də ABŞ-ın Çikaqo şəhərində keçiriləcək lisenziya xarakterli dünya çempionatının əsasnaməsində dəyişiklik edib. “APA-Sport” agentliyinin məlumatına görə, yalnız 9 çəki dərəcəsində mübarizə aparan boksçular turnirin ¼ finalına yüksələcəyi halda, Pekin Olimpiadasına vəsiqə əldə edəcək. Ağır çəkilərdə (91 və +91 kq) döyüşən idmançılar isə bu vəzifənin öhdəsindən gəlmək üçün ½ finala adlamağı bacarmalıdır. AİBA-nın bu addımının səbəbi ağır çəkilərdə boksçuların sayının az olması ilə bağlıdır. Baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi altında Çikaqoya yollanan Azərbaycan yığmasının heyətində Elçin Əlizadə 91 kq, Azər Məmmədov isə +91 kq çəki dərəcəsində mübarizə aparacaq. /APA-Sport/