“Səidin dəstəsi” işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib

“Səidin dəstəsi” işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib
# 19 oktyabr 2007 15:18 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş Səid Dadaşbəyli və daha 15 nəfərin işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib. S. Dadaşbəylinin vəkli Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, prosesdə şahid ifadələri dinlənilib. Məhkəmə prosesi oktyabrın 22-də şahidlərin ifadələri ilə davam etdiriləcək. Qeyd edək ki, Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S. Dadaşbəyli və daha 15 nəfər bu ilin yanvarında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR