“Barmek”in həbsdə olan əməkdaşlarından ikisi azadlığa buraxılıb

“Barmek”in həbsdə olan əməkdaşlarından ikisi azadlığa buraxılıb
# 19 oktyabr 2007 15:20 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin 2 sabiq əməkdaşı azadlığa buraxılıb. Şirkətin vəkili Abbas Atakişiyev APA-ya bildirib ki, “Barmek”in yüksək gərginlikli elektrik xətlərinin şöbəsinin rəisi Ələsgər Ramazanov və həmin şöbənin mütəxəssisi Rahib Musayevin cəzalarının çəkilməmiş hissəsindən azad olmalarına dair Səbayel rayon Məhkəməsinə etdikləri şikayət təmin olunub, onlar cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Qeyd edək ki, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunan Ələsgər Ramazanov və Rahib Musayev isə cəzalarını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə, müvafiq olaraq 3 il 6 ay və 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bu hökm qismən dəyişdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR