İqtisadi İnkişaf Nazirliyinin “Barmek”ə qarşı iddiası əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb

İqtisadi İnkişaf Nazirliyinin “Barmek”ə qarşı iddiası əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb
# 19 oktyabr 2007 15:20 (UTC +04:00)
1 saylı Bakı İqtisad Məhkəməsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC barədə qaldırdığı iddia əsasında məhkəmə prosesi növbəti dəfə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Şirkətin vəkili Abbas Atakişiyevin APA-ya verdiyi məlumata görə, məhkəmədən prosesin təxirə salınmasının səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, iddiaya hakim Qurban Abbasovun sədrliyi ilə baxılır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR