Arif Aslanov Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qətlini sifariş etdiyini boynuna alıb

Arif Aslanov Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qətlini sifariş etdiyini boynuna alıb
# 19 oktyabr 2007 15:20 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədilə sui-qəsd, yəni terror aktı törətməyə cəhddə, döyüş sursatının qanunsuz əldə edilməsində, narkotik maddələrin qaçaqmalçılığında, saxta pulların satışında təqsirləndirilən altı nəfərin işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Elman Əliyev, Əzizağa Mehdiyev, Tərqulu Məmmədov, Arif Aslanov, Məmmədhəsən Ağayev və sabiq polis əməkdaşı, polkovnik Azad Quliyevdir. Bugünkü prosesdə A. Aslanov və M. Ağayev ifadə veriblər. Özünü təqsirli bilməyən A. Aslanov Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla münasibətlərinin pis olduğunu deyərək onun qətlini sifariş etdiyini, ancaq sonradan bundan imtina etdiyini söyləyib. Şahidlər dindirildikdə sonra prosesdə fasilə elan olunub. Proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə 29, 277-ci (dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyə cəhd), 206.3.2, 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı, satışı, daşınması və saxlanması), 204.1-ci (saxta pul əsginaslarının satışı) və 228.1-ci (döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi və saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Onlar MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR