Heydər Babayev: “Azərbaycan Almaniya təcrübəsinin öyrənilməsində maraqlıdır”

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan Almaniyanın iqtisadiyyat və texnolocgiya naziri Mixael Qlossun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“APA-Economics”in məlumatına görə, görüşdə neft və qaz, ətraf mühütin və suyun təmizlənməsi, məişət tullantılarının yığılması, günəş enerjisindən istfadə və digər sahələr üzrə əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. M.Qloss isə öz növbəsində qeyd edib ki, Almaniya tərəfi bu sahələr üzrə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. H.Babayev bildirib ki, bu sahələrdə müxtəlif layihələri həyata keçirmək üçün Azərbaycana təcrübə mənbəyi lazımdır və Azərbaycan bu sahələr üzrə alman təcrübəsinin öyrənilməsində maraqlıdır.
Görüşdə iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov qeyd edib ki, son 4 il ərzində Azərbaycanda 7 milli park yaradılıb və bu parklar ölkə ərazisinin 10%-ni əhatə edir.
Respublikada suyun təmizlənməsinə gəldikdə isə H.Bağırov gələn il ölkədə “Siemens” şirkətindən alınan su təmizləmə cihazlarının quraşdırılacağını və bu layihədən 150 min nəfərin faydalanacağını bildirib. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda yaşıl ağacların yerlərinin dəyişdirilməsi məqsədilə Almaniyadan müvafiq texnika alınır.
Görüş zamanı həmçinin Almaniyanın KfW Bankının nümayəndəsi Roland Siner çıxış edib və bildirib ki, bu günə kimi bank Azərbaycanda 180 mln. ABŞ dolları həcmində layihələr maliyyələşdirib və bundan əlavə müxtəlif qrantlar ayırıb. Eyni zamanda R.Siner qeyd edib ki, KfW Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında iştirak etməyə hazırdır.
Almaniyalı qonaqlar görüşdə həmçinin bildiriblər ki, gələn ilin yaz aylarında iki ölkənin iştirakı ilə enerji konfransının keçirilməsi planlaşdırılır və rəsmi Berlin bu məsələdə Azərbaycan tərəfinin dəstək verəcəyini söyləyiblər. /APA-Economics/