İlin sonunadək Bakıda məişət tullantıları emalı zavodunun inşasına başlanıla bilər

İlin sonunadək Bakıda məişət tullantıları emalı zavodunun inşasına başlanıla bilər
# 19 oktyabr 2007 15:33 (UTC +04:00)
Bu ilin sonuna kimi Azərbaycanda məişət tullantıları emalı zavodunun tikintisinə başlanıla bilər. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, hazırda Bakı və Bakıətrafı ərazilərdə 1 mln. tona yaxın məişət tullantıları yığılıb və zavodun məhs bu tullantıların yığıldığı əsas yerdə inşası planlaşdırılır. Zavodun illik emal gücü isə 500 min ton olacaq.
Qeyd edək ki, məişət tullantılarının emalı zavodunun Balaxanı poliqonunda inşa edilməsi planlaşdırılır. /APA-Ecolnomics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR