Azərbaycanda alkoqollu içkilər və etil spirtinin istehsalı üçün lisenziyanın müddəti 3 ilədək, idxalı üçün isə 1 ilədək azaldılıb

“APA-Economics”in məlumatına görə, fərman “Alkoqollu içkilər və etil (yeyinti) spirti istehsalının və idxalının tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2007-ci il 28 fevral tarixli fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi daşıyır. Belə ki, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 3.1-ci və 4.1 bəndlərinə dəyişiklik edilib.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliklərə əsasən, alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün əvvəllər 5 il müddətinə verilən lisenziyanın müddəti 3 ilədək, idxalı üçün verilən lisenziyanın müddəti isə 3 ildən 1 ilədək azaldılıb. Həmçinin, alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı və idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər ildə bir dəfə deyil, ayda bir dəfə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumuna hesabat verəcək. /APA-Economics/