Azərbaycanda vergi daxilolmaları üzrə 9 aylıq proqnoz 6,7% artıq icra olunub

Azərbaycanda vergi daxilolmaları üzrə 9 aylıq proqnoz 6,7% artıq icra olunub
# 19 oktyabr 2007 15:52 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2007-ci ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 106,7% səviyyəsində icra olunub və dövlət büdcəsinə 3 mlrd. 268,6 mln. manat vəsait ödənilib. Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hesabat dövründə torpaq vergisi üzrə proqnoz 111,8%, mədən vergisi üzrə 111,4%, mənfəət vergisi üzrə 109,9%, əlavə dəyər vergisi üzrə 103,4%, aksizlər üzrə 102,6%, yol vergisi üzrə 101,7%, fiziki şəxslərin gəlir vergisi üzrə 100,9%, əmlak vergisi üzrə 100,4% həcmində yerinə yetirilib. Yalnız sadələşdirilmiş vergi üzrə daxilolmalar proqnozlaşdırılan məbləğdən az olub. Bu vergi üzrə proqnoz 99,6% səviyyəsində icra edilib. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR