Oktyabrın 22-də Rasim Muradova hökm oxunacaq

Oktyabrın 22-də Rasim Muradova hökm oxunacaq
# 19 oktyabr 2007 15:53 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İsgəndər Hacıyevin sədrliyi ilə Müdafiə Nazirliyi Mühafizə Briqadasının keçmiş komandir müavini, polkovnik-leytenant Rasim Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə R. Muradovun vəkli Oqtay Əliyev çıxış edib. O, R. Muradova qarşı irəli sürülən rüşvət alma ittihamının sübuta yetirilmədiyi üçün ona bəraət verilməsini istəyib: “Rasim Muradova qarşı ifadə verən 4 zabit və onların qohumlarının ifadələrini əsas götürmək düzgün deyil. Çünki bu cinayət işi üzrə başqa sübutlar yoxdur. İstintaqda və məhkəmədə Rasimin rüşvət alması halları sübuta yetirilməyib. Rasimə rüşvət verdiklərini deyən əsgərlər xidmət etdikləri hərbi hissələrə hərbi komissarlıqdan göndəriliblər. Onun bu cinayətdə günahlandırılması absurddur”. Sonra məhkəmədə son söz deyən R. Muradov təqsirli olmadığını bildirib: “Özümü təqsirli hesab etmirəm. Ordu və hərbi hissədə olan problemləri mətbuatda açıqladığım üçün mənimlə qərəzli mövqedə olan zabitlərdən böhtan xarakterli izahatlar almaqla ittiham irəli sürülüb”. Bundan sonra məhkəmə müşavirəyə gedib. Oktyabrın 22-də R. Muradova hökm oxunacaq.
Qeyd edək ki, R. Muradov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar törədilməklə rüşvət alma) maddəsi ilə ittiham edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR