“Bizim yol” qəzetinin əməkdaşının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb

Jurnalistin vəkil Vüqar Xasayev APA-ya bildirib ki, bu barədə qərar oktyabrın 19-da Nəsimi rayon Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN əməkdaşları tərəfindən bu il iyulun 24-də həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Nəsimi rayon Məhkəməsinin qərarı ilə 1 saylı istintaq təcridxanasında saxlanılan şöbə redaktoru barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. /APA/