Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnamə fondunun məbləği açıqlanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnamə fondunun məbləği açıqlanıb
# 19 aprel 2021 12:30 (UTC +04:00)

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin nizamnamə fondunun məbləği açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin nizamnaməsində bildirilib.

Qeyd edilib ki, Agentliyin nizamnamə fondunun məbləği 100 000 (yüz min) manatdır.

Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

Agentliyin məhsulları tənzimlənən qiymətlərə aid deyil.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR