Azərbaycanın qabaqcıl bələdiyyələrinin adı açıqlanıb

Azərbaycanın qabaqcıl bələdiyyələrinin adı açıqlanıb
# 03 may 2019 14:39 (UTC +04:00)

Azərbaycanda qabaqcıl bələdiyyələrin adları məlum olub.

ONA-nın məlumatına görə, bu barədə “Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının hesabatı”nda bildirilib.

Qeyd edilib ki, fəaliyyəti zəif olan bələdiyyələrlə bərabər, kifayət qədər fəaliyyəti olan və müsbət nəticələr göstərən bələdiyyələr daha çoxdur.

Bakı şəhərinin Binəqədi, Sabunçu, Suraxanı və Xəzər rayonunun qəsəbə bələdiyyələri, Nizami rayonunun Keşlə, Abşeron rayonunun Aşağı Güzdək, Ceyranbatan, Hökməli və Saray, Goranboy rayonunun Qızılhacılı, Astara rayonunun Kijəbə, İsmayıllı rayonunun Basqal və Lahıc, Şamaxı rayonunun Şəhriyar, Xaçmaz rayonunun İstisu (Müqtədir) bələdiyyələri ən qabaqcıl bələdiyyələr sırasındadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR