QHT sədri: Ölkədən çıxarılmış xarici fondlardan maliyyələşənlər bu gün ermənidən daha kəskin çıxışlar edir

Novella Cəfəroğlu

© APA | Novella Cəfəroğlu

# 01 noyabr 2022 12:27 (UTC +04:00)

“Bu gün deyirlər ki, QHT-lərə dəstək verən xarici fondları ölkədən çıxarıblar. Amma o fondlar bu gün ölkədə işləyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

N. Cəfəroğlu bildirib ki, həmin fondlardan onlara gələn pul kəsilsə də, dövlətin əleyhinə olanlarla o fondlar bu gün çox yaxşı işləyir: “Milyonlarla pul ayırırlar. Həmin fondlardan maliyyələşənlər bu gün beynəlxalq qurumlarda ermənidən daha kəskin çıxışlar edirlər. Qanuna dəyişikliyə görə bu gün bizim ABŞ-la əlaqəmiz qalmayıb. Qanunları qəbul edəndə millətin yanında olmaq lazımdır. Bu gün Prezident deyir ki, hər azərbaycanlının yanındadır. Xahiş edirəm, siz də qanunları qəbul edəndə millətin yanında olun”.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR