Azərbaycanda xarici QHT-lərin reyestrinin aparılması qaydası müəyyənləşib

Azərbaycanda xarici QHT-lərin reyestrinin aparılması qaydası müəyyənləşib
# 06 iyul 2014 17:55 (UTC +04:00)

Baki. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) və xarici QHT-lərin filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrinə daxil ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.

Təsis sənədlərində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi, ləğv edilmiş qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əmlak məsələlərinin həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar da dövlət reyestrində əksini tapmalıdır. Siyasi partiyalarla bərabər bundan sonra dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş QHT-lərin də daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumat əks etdirilməlidir. Eynu zamanda dövlət reyestrində QHT-lərin üzvlərinin sayı, icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası, fondlarda isə himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının həcmi barədə məlumatlar da göstərilməlidir. Azərbaycanda filial və ya nümayəndəliyi olan xarici QHT-lərin isə təsisçiləri, habelə filial və ya nümayəndəliyin icra orqanlarının tərkibi və səlahiyyət müddəti, rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası, habelə fəaliyyətinin dayandırılması (tarixi və müddəti) və bərpası (tarixi) barədə məlumatlar dövlət reyestrində göstərilməlidir.

Dəyişikliyə əsasən, bundan sonra QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə bu barədə Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verməlidirlər. Vergilər Nazirliyi də fəaliyyətini dayandırmış vergi ödəyicisi olan QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri barədə məlumatları hər il avqust ayının 10-dək və fevral ayının 10-dək Ədliyyə Nazirliyinə təqdim etməlidir.

QHT-lərlə bağlı dövlət reyestrindən çıxarışa da dəyişiklik edilib. Bundan sonra dövlət reyestrindən çıxarışda QHT-lərin (xarici QHT-lərin filialının (nümayəndəliyinin) icra orqanları, icra orqanlarının tərkibi və səlahiyyət müddəti (hər biri ayrılıqda), ictimai birliyin üzvlərinin sayı, xarici QHT-lərin filialının (nümayəndəliyinin) təsisçiləri, əvvəlki və hazırkı icra orqanları (hər biri ayrılıqda), icra orqanlarının əvvəlki və hazırkı tərkibi (hər biri ayrılıqda), icra orqanlarının əvvəlki və hazırkı səlahiyyət müddəti (hər biri ayrılıqda), göstəriləcək. Eyni zamanda dövlət reyestrindən çıxarışda ictimai birliyin üzvlərinin əvvəlki və hazırkı sayı, xarici QHT-lərin filialının (nümayəndəliyinin) əvvəlki və hazırkı təsisçiləri , xarici QHT-nin filialının (nümayəndəliyinin) əvvəlki və hazırkı icra orqanları (hər biri ayrılıqda), icra orqanlarının əvvəlki və hazırkı tərkibi (hər biri ayrılıqda), icra orqanlarının əvvəlki və hazırkı səlahiyyət müddəti (hər biri ayrılıqda) də əksini tapacaq.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR