Naxçıvanda ikigünlük beynəlxalq seminar işinə başlayır

Naxçıvanda ikigünlük beynəlxalq seminar işinə başlayır
# 27 oktyabr 2013 19:32 (UTC +04:00)

Bakı-APA. Sabah Naxçıvanda “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” ikigünlük beynəlxalq seminar işinə başlayır.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasından APA-ya verilən məlumata görə, seminar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun yaxından dəstəyi ilə keçirilir. Seminarın təşkilatçıları Naxçıvan Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondudur.

Seminarın işində iştirak etmək üçün milli və beynəlxalq ekspertlər artıq Naxçıvana gediblər.

Seminarda Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, həmçinin, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, Almaniya Federal Publik İdarəçilik İnstitutunun publik hüquq üzrə professoru Prof. Dr. Mixaela Vittinqer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR