Romada Azərbaycanla bağlı konfrans keçirilib - FOTO

Romada Azərbaycanla bağlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 24 fevral 2015 00:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Universitetin Humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycan ilə bağlı müxtəlif konseptdə tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bu cür layihələrin reallaşdırılması Azərbaycanı daha yaxından tanımağa imkan yaradaraq, ölkələrimiz arasında əlaqələrin inkişafına da yol açır.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tədbirin Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq baxımından önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, bu cür layihələr ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyə yönəlib. Azərbaycanın inkişaf tarixindən danışan A.Quliyev bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda çox vacib rol oynamaqdadır. Cəmi 24 illik müstəqillik tarixinə malik Azərbaycan bu qısa zaman kəsiyində mütərəqqi inkişaf yoluna qədəm qoyub. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlər və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural bir cəmiyyət mövcuddur. Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən bəhs edən Şura sədri deyib: “Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə Aİ ilə yaxın və yaxşı qonşuluq əlaqələrinə malikdir. Ölkəmiz ilə Aİ arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Xüsusilə İtaliya ilə güclü siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır: “Xatırlatmaq istərdim ki, 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi yüksək dəyərləndirilir”. Şura sədri əlavə edib ki, bu günlərdə Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edir. Həmin gecə törədilən qanlı qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 487 nəfər ağır şəkildə yaralanıb və çoxlu sayda həmvətənimiz itkin düşüb. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıb və əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar. Sizdən Xocalıya ədalətin bərpa olunmasında bizə dəstək göstərməyinizi xahiş edirik. Xocalı hadisələrinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması istiqamətindəki səylər bu baxımdan önəmli nəticələr verə bilər".

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bildirib ki, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Münasibətlərimiz siyasi, iqtisadi, mədəni və digər sahələrdə getdikcə inkişaf etməkdədir. O deyib: “Ölkələrimizin təhsil ocaqları arasında da yaxın əlaqələr yaratmaqda fayda var. Təhsil və mədəniyyət sahəsində birgə mədəni layihələr həyata keçirməklə hər iki ölkənin gənclərinin cəlb olunacağı təşəbbüsləri dəstəkləmək olduqca önəmlidir”. A.Kərimli bildirib ki, dinlərarası toqquşmaların artdığı müasir dövrdə önəmli dəyərlərdən biri də multikulturalizmdir. Azərbaycan və İtaliya qht-lərinin birgə reallaşdırdıqları tədbirlər mutikulturalizmin dünyada alternativi olmadığını bir daha nümayiş etdirir. Bu baxımdan model ölkə sayılan Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” web-portalının təqdimatı keçirilib və “Azərbaycan: dini tolerantlıq modeli” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR