Liviyada itmiş uran filizləri tapılıb

Liviyada itmiş uran filizləri tapılıb
# 18 mart 2023 07:20 (UTC +04:00)

Liviyada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin itdiyini açıqladığı 2,5 ton uran tapılıb.

APA-nın xəbərinə görə, uranla dolu 10 çəllək Çadla sərhəd yaxınlığında üsyançı Liviya Milli Ordusu tərəfindən aşkarlanıb.

Külli miqdarda filizin əvvəllər saxlandığı yerdən 5 km aralıda tapıldığı açıqlanıb. Sözügedən ərazi hökumət qüvvələrinin nəzarətində deyil. Həmin urandan qısa zamanda nüvə silahı əldə etmək mümkün olmasa da, sonradan ondan bu məqsədlə xammal kimi istifadə edilə bilər. AEBA-nın mütəxəssisləri ötən il 2.5 ton uranın saxlandığı əraziyə baxış keçirmək istəsə də, Liviya Milli Ordusu və Hökumət qüvvələri arasında silahlı toqquşmalarla əlaqədar səfər baş tutmaşdı.

Xatırladaq ki, həftənin əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri Liviyada poliqondan 2,5 tona yaxın uranın yoxa çıxmasını aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR