Afrikada COVID-19-a yoluxanların sayı 500 mini ötüb

Afrikada COVID-19-a yoluxanların sayı 500 mini ötüb
# 08 iyul 2020 15:26 (UTC +04:00)

Afrikada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 507 187 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Afrikada indiyədək 11 959 nəfər pandemiyanın qurbanı olub.

Afrika qitəsində COVID-19-a yoluxmaların daha çox aşkarlandığı ölkələr CAR (215 855) və Misirdir (77 279).

Virusdan ölüm halları da daha çox Misir (3489), CAR (3502) və Əlcəzairdə (968) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR