Burkina-Fasoda silahlı şəxslər bir kəndə hücum edərək 20-dək dinc sakini öldürüblər

Burkina-Fasoda silahlı şəxslər bir kəndə hücum edərək 20-dək dinc sakini öldürüblər
# 02 fevral 2020 21:48 (UTC +04:00)

Burkina-Fasonun şimalında silahlı qruplaşmaların hücumu nəticəsində 20-yə yaxın mülki şəxs öldürülüb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi yerli hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hücumun şənbədən bazar gününə keçən gecə Seno əyalətindəki Lamdamol kəndində baş verdiyi deyilir.

“Silahlı naməlum şəxslər şənbə günündən bazar gününə keçən gecə Lamdamol kəndinə hücum edərək 20-dək mülki şəxsin ölümünə səbəb olub”, - deyə mənbə bildirib.

O da bildirilir ki, silahlılar kəndə motosikletlərlə hücum ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR