Burkina-Fasoda terror hücumu nəticəsində 36 nəfər öldürülüb

Burkina-Fasoda terror hücumu nəticəsində 36 nəfər öldürülüb
# 22 yanvar 2020 04:23 (UTC +04:00)

Burkina-Fasonun şimalında baş vermiş terror hadisəsi nəticəsində azı 36 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “RTB” radiostansiyası məlumat yayıb.

“20 yanvarda bir qrup silahlı terrorçu Naqraoqo qəsəbəsindəki bazara giriblər. 32 həmyerlimizi öldürüblər, bazarı yandırıblar və Alamu kəndi yaxınlığında daha dörd adamı öldürüblər. Bundan əlavə, üç nəfər yaralı da var”, - məlumatda belə deyilib.

Hökumət ölənlərin və yaralananların ailələrinə başsağlığı verib.

Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR