Burkino-Fasoda kilsəyə hücum zamanı 24 nəfər həlak olub

Burkino-Fasoda kilsəyə hücum zamanı 24 nəfər həlak olub
  • Clock-gray 14:39
  • calendar-gray 17 Fevral 2020

Naməlum şəxslər Burkino-Fasonun şimalında yerləşən kəndə silahlı hücum edərək 24 nəfəri öldürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, vilayətin qubernatoru Sahel Salfo Kabore bildirib ki, fevralın 16-da silahlı terrorçu qrup Pansi yaşayış məntəqəsində dinc əhaliyə hücum edib. İlkin məlumata görə, 24 nəfər, o cümlədən keşiş öldürülüb.

Hücum nəticəsində 18 nəfər yaralanıb, bir neçə nəfər oğurlanıb.

Xəbər verilir ki, terrorçular Pansidəki protestant kilsəsinə hücum ediblər. Gülləbarandan əvvəl onlar yerli sakinləri kəndə qonaq gələnlərdən ayıraraq atəşə tutublar. 

apa-logo-mini

Digər xəbərlər