Bəzi Afrika ölkələrində koronavirus pandemiyası pik həddə çata bilər

Bəzi Afrika ölkələrində koronavirus pandemiyası pik həddə çata bilər
  • Clock-gray 18:00
  • calendar-gray 09 Aprel 2020

Qarşıdakı həftələrdə bəzi Afrika ölkələrində koronavirus pandemiyası pik həddə çata bilər.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika proqramının Fövqəladə Hallar üzrə meneceri Mişel Yao mətbuata açıqlamasında deyib.

"Son dörd gün ərzində rəqəmlərin artıq iki dəfə artdığını görə bilərik. Bu tendensiya belə davam edərsə və eyni zamanda Çində və Avropada baş verənləri də nəzərə alsaq, bu epidemiya qitədəki bəzi ölkələrdə çox qısa müddətdə qarşıdakı həftələrdə pik həddə çatacaq", - deyə ÜST-ün səlahiyyətlisi deyib.

Lakin o, ölkələrin adlarını açıqlamayıb. 

Afrikada 11 000 nəfər koronavirusa yoluxub, 562 nəfər vəfat edib.

Zümrüd Paşkin

Digər xəbərlər