CAR Hindistandan aldığı 1 milyon doza “AstraZeneca” peyvəndini geri qaytarır

CAR Hindistandan aldığı 1 milyon doza “AstraZeneca” peyvəndini geri qaytarır
  • Clock-gray 12:36
  • calendar-gray 16 Fevral 2021

Cənubi Afrika Respublikası (CAR) Hindistan Serum İnstitutundan aldığı 1 milyon doza peyvəndi geri qaytarır.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd fevralın əvvəllərində CAR-a göndərilib. 

Ötən həftə CAR-ın səhiyyə naziri ölkədə yayılan 501Y.V2 koronavirus variantının yüngül və orta dərəcəsinə qarşı peyvəndin minimal effektivlik göstərdiyini bildirib.

Nazir qeyd edib ki, onun ölkəsi “AstraZeneca” ilə peyvəndlənməni dayandırır.

Zümrüd Paşkin

Digər xəbərlər