Cənubi Sudanda silahlı hücum nəticəsində 14 nəfər ölüb

Cənubi Sudanda silahlı hücum nəticəsində 14 nəfər ölüb
  • Clock-gray 16:54
  • calendar-gray 29 Mart 2021

Cənubi Sudanın Şərqi Ekvatorial əyalətində naməlum şəxslərin silahlı hücumu nəticəsində ən azı 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Eye Radio” radiostansiyası məlumat yayıb.

Əyalət qubernatorunun sözçüsünün verdiyi məlumata görə, bir qrup naməlum şəxs bazar günü gecə saatlarında Budi şəhərinə hücum edərək insanlara avtomatlardan atəş açıblar. Ölənlər arasında qadınlar, uşaqlar və yaşlıların da olduğu bildirilir.

Əyalət rəhbərliyi silahlı şəxslərin hərbçi və ya Toposa etnik qrupundan olan quldurlar olduğunu müəyyənləşdirə bilməyib. Əyalət qubernatoru nümayəndəsinin sözlərinə görə, Budi sakinlərinə hücumun səbəbi intiqam ola bilər.

Zümrüd Paşkin

Digər xəbərlər