Dəniz quldurları Nigeriya sahillərində konteyner gəmisini ələ keçiriblər

Dəniz quldurları Nigeriya sahillərində konteyner gəmisini ələ keçiriblər
# 15 fevral 2020 07:08 (UTC +04:00)

Danimarka şirkətinə məxsus “Maersk Tema” adlı konteyner gəmisi Nigeriyadan təxminən 300 kilometr aralıqda dəniz quldurları tərəfindən ələ keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Finlandiyanın “Iltalehti” nəşri xəbər verir.

“Cümə günü səhər quldurlar Nigeriya sahillərindən 300 kilometr məsafədə Danimarkanın “Maersk Tema” konteyner gəmisinə minməyə müvəffəq oldular. Ən azı iki quldur gəmiyə daxil ola bilib”, - məlumatda belə deyilir.

Gəmi heyətinin kayutlardan birində gizləndiyi bildirilir. Saytın məlumatına görə, yaxınlıqda başqa gəmilər yoxdur.

Gəminin Konqodakı Puent-Nuar limanından Nigeriyaya getdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR