Efiopiyada kilsəyə hücum zamanı 29 nəfər öldürülüb

Efiopiyada kilsəyə hücum zamanı 29 nəfər öldürülüb
  • Clock-gray 15:58
  • calendar-gray 10 Mart 2021

Efiopiyada silahlıların kilsəyə hücumu zamanı ən azı 29 nəfər öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Addis Standard” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Oromiya regionunda qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, kilsəyə hücum 5 mart tarixində baş verib.

Naməlum şəxslərin hücumu nəticəsində kilsənin baş keşişi də öldürülüb. Öldürülənlərdən 21 nəfəri qadındır. Qadınların bir neçəsi uşaqları ilə birlikdə olub. Silahlılar qadınları meşəyə aparıblar, daha sonra meşədə qadınların meyitləri aşkarlanıb.

Yerli sakinlərin sözlərinə görə, hücumda iştirak edənlər Oromo Azadlıq Cəbhəsinin silahlı qanadına mənsubdurlar. Oromo Azadlıq Cəbhəsi 2018-ci ilin iyul ayına qədər Efiopiyada terror təşkilatlarının siyahısına daxil edilib. Daha sonra ölkə hakimiyyəti Oromo Azadlıq Cəbhəsinin adını terror təşkilatlarının siyahısından çıxarıb.

apa-logo-mini

Digər xəbərlər