Efiopiyada sel və torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb

Efiopiyada sel və torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb
# 10 may 2020 03:26 (UTC +04:00)

Ötən 24 saat ərzində Efiopiyanın mərkəzində daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağış nəticəsində 12 nəfər ölüb.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə şənbə günü yerli “Fana” radiosu məlumat yayıb.

Bildirilib ki, daha 5 nəfər itkin düşüb. Bölgələrin birində torpaq sürüşməsi nəticəsində altı ev dağılıb.

Efiopiya Milli Fövqəladə Hallar İdarəsinin komissar müavini Damene Darota hazırda 19 min insanın risk altında olduğunu söyləyib. “Geniş ərazilərin su altında qalma riski artır. Neçə illərdən bəri müçahidə edilməyən güclü yağış yağır”.

Xatırladaq ki, Şərqi və Mərkəzi Afrikada xarakterik olaraq mart ayında mövsümün yağışlar başlayır. Bunun nəticəsində aprel ayının əvvəlindən materikin şimalda yerləşən Efiopiya, Somalidən Ruanda və Keniyaya qədər böyük bir ərazi yağış suları altında qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR