Ekvatorial Qvineyada baş vermiş partlayış qurbanlarının sayı 98-ə çatıb

Ekvatorial Qvineyada baş vermiş partlayış qurbanlarının sayı 98-ə çatıb
  • Clock-gray 05:32
  • calendar-gray 09 Mart 2021

Ekvatorial Qvineyadakı hərbi bazada baş verən silsilə partlayışlar zamanı ölənlərin sayı 98 nəfərə çatıb, azı 615 nəfər isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “AhoraEg” portalı məlumat yayıb.

Buna qədər 30 nəfərin öldüyü, yaralıların sayının 500-dən çox olduğu deyilirdi.

Güclü partlayışlar bazar günü ölkənin ən böyük şəhərlərindən biri olan Bata şəhərində baş verib. Nəticədə, demək olar ki, bütün yaşayış binalarına ziyan dəyib və ya dağılıb.

Prezident Teodoro Obian Nqema Mbasoqonun sözlərinə görə, Batadakı hərbi bazada baş vermiş partlayışlara ordunun “səhlənkarlığı” və anbarların yaxınlığında atəş açan fermerlərin diqqətsizliyi səbəb olub.

İlk partlayışın baş verdiyi hərbi şəhərciyin ərazisində xüsusi təyinatlı qüvvələr və hərbiləşdirilmiş jandarma yerləşdirilib.

apa-logo-mini

Digər xəbərlər