Fransa donanması Qvineya körfəzində bir gəmidən 6 ton kokain ələ keçirib

Fransa donanması Qvineya körfəzində bir gəmidən 6 ton kokain ələ keçirib
# 23 mart 2021 02:17 (UTC +04:00)

Fransa Hərbi-Dəniz Qüvvələri Qvineya körfəzindəki bir gəminin göyərtəsindən 6 ton kokain müsadirə edib.

APA xəbər verir ki, bu barədə CAR-ın “SABC” radiostansiyası Fransa komandanlığına istinadən məlumat yayıb.

Əməliyyat martın 21-də Fransa və Hollandiyanın kəşfiyyat xidmətləri tərəfindən əldə edilən məlumatlar əsasında həyata keçirilib. Fransa donanmasının “Dixmude” desant gəmisi Sent Kits və Nevis bayrağı altında üzən “Nijlan” yük gəmisini saxlayıb. Gəmidyə baxış zamanı orada böyük miqdarda narkotik partiyası – 6 ton kokain tapılıb. Əməliyyat Sent-Kits və Nevis hökumətinin razılığı ilə baş tutub.

Məlumata görə, yük gəmisi bir neçə gün əvvəl Cənubi Amerika ölkələrindən birinin limanını tərk edib. Bütün bu müddətdə isə gəmi xüsusi xidmət orqanlarının nəzarəti altında saxlanılıb və onun ələ keçirilməsi qərarı yalnız Qvineya körfəzinin Afrika sahillərində olduğu vaxtda verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR